AZ

Hindistanın Rusiyaya görə BAŞI BƏLADA: Tramdan sərt addım – FOTO

ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25 faiz gömrük rüsumu tətbiq edəcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, bu qərarın əsas səbəblərindən biri Hindistanın Rusiya ilə geniş ticarət əlaqələrini davam etdirməsidir.
 

Tramp bildirib ki, Hindistan ABŞ-ın dostu olsa da, bu ölkə ilə ticarət həcmi illər ərzində yetərincə inkişaf etməyib. Səbəb isə Hindistanın çox yüksək – dünyanın ən yüksək tariflərindən sayılan – gömrük rüsumları və ciddi qeyri-tarif ticarət baryerləri tətbiq etməsidir:


“Hindistan bütün ölkələr arasında ən sərt və xoşagəlməz qeyri-tarif ticarət maneələrinə malikdir”.

O, əlavə edib ki, Hindistan illərdir hərbi texnikanın böyük hissəsini Rusiyadan alır və enerji sahəsində də Çinlə birlikdə Rusiyanın əsas alıcılarından biridir:
 

“Halbuki dünya istəyir ki, Rusiya Ukraynadakı qırğınları dayandırsın. Amma Hindistan bu fonda Rusiyadan alış-verişi davam etdirir. Bu, pis haldır”.


Bu səbəbdən Tramp elan edib ki, Hindistana 1 avqustdan etibarən 25%-lik tarif tətbiq ediləcək və bu ölkəyə yuxarıda sadalanan səbəblərlə əlaqədar sanksiya (cəza) da veriləcək.

Bu bəyanat Trampın Truth Social sosial platformasında paylaşdığı açıqlama vasitəsilə yayılıb.


Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr