AZ

"Zəng edib deyirdi ki, sən harada olsan, tapacam" - Azər Qasımlının məhkəməsi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurbanəli Yusifovun nümayəndəsi çıxış edib.

Daha sonra zərərçəkmiş qismində Q.Yusifov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, dostluq münasibətləri olub və bir-birinin evinə qonaq gediblər: "Biz Real partiyasından tanış olmuşuq. Mən partiyanın iclaslarında iştirak etmişəm. Partiyadan ayrılandan sonra da münasibətlərimiz olub".

Zərərçəkmişin sözlərinə görə, A.Qasımlı ona borclu olduğunu iddia edir: "Mənim şəxsə borcum olmayıb. Bizim işbirliyimiz olub. Kriptovalyuta işi ilə əlaqəm olub. Bununla bağlı mənim çıxışlarım da var. Mən çıxışlarımda bunun qazancı olduğu kimi, risklərini də izah etmişəm. Azər Qasımlı da bu işlə məşğul olmaq istəyib. Ona da qazancla yanaşı, uduzmaq riski olduğunu demişəm. Mənim heç vaxt hesabdan çıxarış etmək imkanım olmayıb. Bununla bağlı mən kommersiya məhkəməsində demişəm".

Zərərçəkmiş qeyd edib ki, Azər Qasımlı işə 20 min dollar yatırım edib: "Sonra müharibə dövründə internet olmayan vaxt birjalarda kriptovalyutalar dəyər itirdi. Azər ziyanın əvəzi olaraq bitkoin tələb eləməyə başladı. Axırda onunla mübahisə nəticəsində pulunu qaytarmağa razılaşmışdım. Sadəcə, o məndən pul yox, bitkoin tələb edib. Birinci dəfə təzyiq altında 45 min dollar borclu olmağım barədə sənəd imzalatdırdı. O sənədi Azərin həyat yoldaşı Samirənin ofisində imzalamışam. Tez-tez zəng elədi, onun əlindən ölkədən getdim. Sonra mənə zəng edib ailə üzvlərimi hədələyirdi, uşağımı qaçıracağını deyirdi. Mənə Türkiyə nömrəsi ilə zəng edib deyirdi ki, sən harada olsan, tapacam".

Seçilən
27
10
mia.az

10Mənbələr