AZ

"İçərişəhər " metrostansiyası ilə bağlı yeni planlar açıqlandı- EKSKLUZİV

BAKI, 30 iyul. TELEQRAF

“İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası məqsədilə hazırlıq işləri görülür.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf-a açıqlama verib.

Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı metropolitenində əhəmiyyətli infrastruktur layihələrinin icrasına başlanılıb. Bu layihələrdən biri də “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşasıdır.

Bəxtiyar Məmmədov bildirib ki, bu istiqamətdə Tikintinin Norma və Qaydalarına uyğun tədbirlər həyata keçirilir və ilkin mərhələdə müəyyən olunmuş ərazilərdə geoloji axtarış-kəşfiyyat işləri aparılır.

Bundan əlavə, yeraltı avtomobil dayanacağı ilə bağlı da planlar mövcuddur. Sənədlərdə göstərilir ki, dayanacağın Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşməsi nəzərdə tutulur. Hazırda dayanacağın inşası layihələndirmə mərhələsindədir.

Layihə ilə bağlı yeniliklərin ictimaiyyətə təqdim ediləcəyi qeyd olunub.

Seçilən
22
teleqraf.com

1Mənbələr