Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da İsveçrəKonfederasiyasının Cenevrə şəhərində keçirilən ParlamentSədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumimüzakirələrə sədrlik edib. Müzakirələrdə 30-a yaxın ölkəninparlament sədrləri çıxış ediblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sonra müzakirələr Çin Xalq Respublikası ÜmumçinXalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejininsədrliyi ilə davam edib.
Qeyd edilib ki, Parlament Sədrlərinin 6-cı Dünya KonfransıBirləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT vəParlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən, 102ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin,Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalqtəşkilatların nümayəndələri iştirak edirlər.