AZ

Sahibə Qafarova 6-cı Dünya Konfransında ümumi müzakirələrə sədrlik etdi

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib.

Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış edib.

Sonra müzakirələr Çinin Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.

Son Yazılar:

Qeyd edək ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Seçilən
0
29
viral.az

10Mənbələr