Muxtar respublikada yazlıq əkin sahələri artıb.
Manset.az xəbər verir ki, cari ilin ilk yarımilində muxtar respublikada 5791,1 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım deməkdir. Əkin strukturu əsasən dənli və dənli paxlalı bitkilər, dən üçün qarğıdalı, kartof, tərəvəz, bostan bitkiləri və yemlik bitkilərdən ibarətdir.
Sözügedən tarixə 15 min tondan çox dənli və dənli paxlalılar, 2300 tondan çox kartof, 4 min tondan çox tərəvəz, 14 min tondan çox isə meyvə və giləmeyvə yığılıb.
Ümumilikdə isə cari ilin ilk 6 ayında muxtar respublikada 144969,6 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bunun da 46 min manatdan çoxu bitkiçilik məhsullarının payına düşür.