AZ

SON DƏQİQƏ! Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK?

Bu günlərdə Avropa Komissiyasının saytında Ermənistanın baş nazirinin ünvanına sərt tənqidlərin yer aldığı məktub dərc edilib. Lakin qısa müddətdən sonra sənəd sürətlə saytdan çıxarılsa da, məzmunu diplomatik kanallarla yayılıb. Bu məktuba əsasən, Avropa Komissiyası mahiyyətcə etiraf edir ki, artıq Paşinyanla işləmək mümkün deyil. İddialara görə, Aİ artıq alternativlər axtarır. Alternativlər isə əsasən qərbönümlü mötədil müxalifət arasından axtarılır. Və birbaşa bəyanatlar olmasa da, Avropa rəsmiləri Ermənistanın hazırkı baş nazirinin zəhərli tərəfdaşa çevrildiyinə açıq şəkildə işarələr verirlər.


Əgər Ermənistanda Paşinyan hakimiyyətdən devrilərsə, regionda proseslər necə cərəyan edəcək? Ümumiyyətlə Ermənistana necə bir iqtidar rəhbərlik etməlidir ki, həm Azərbaycanla münasibətlər qaydasına düşsün həm də regionda vəziyyət tamamilə müsbət istiqamət alsın!




Mövzuyla bağlı "Sosial Tədqiqatlar Mərkəzi"nin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli REFERANS-ın suallarını cavablandırıb. Müsahibimiz  bildirib ki, bu məktubun yayılması əslində Paşinyanın Rusiyaya səfərindən sonra baş verdi və böyük ehtimal Paşinyan 2026-cı ildə ki, seçkilərdə Avropa və Rusiya arasında ciddi bir manipulyasiya etmək istəyir. Bu manipulyasiyanı nə qədər şərait və imkan var ona görə həyata keçirməyə çalışır. Lakin əlbəttə ki, bu manipulyasiyanın riskləri çoxdur. 


Əziz Əlibəyli onu da xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var və orda son bir ay ərzində kifayət qədər hərbi gücünü artırıb və silah daşınmalarını həyata keçirib. 2022-ci ildən də Avropa İttifaqının mülkü misiyası əslində mülkü adlı hərbi misiyası geniş fəaliyyət göstərir və proses getdikcə daha çox nəzarətdən çıxır.


"Həmsöhbətimiz qeyd edib ki, məsələ budur ki, Rusiya gedib razılaşmağa boyun olub və Paşinyan nə öhdəliklər götürüb? Bu isə Avropa İttifaqı tərəfindən bilinən amma etiraf olunmayan həqiqətlərdir. Çünki Paşinyan hakimiyyəti naminə hərkəsə Ermənistanı sata bilər",-deyə Əziz Əlibəyli əlavə edib.


Ləman Xalıqova

Referans.az  

Seçilən
3
referans.az

1Mənbələr