AZ

Bu bürclər üçün avqust çox çətin keçəcək

Milli.Az "İzvestiya"ya istinadla avqust ayı üçün bürc proqnozunu təqdim edir:

Qoç

Avqust Qoçlar üçün münasibətləri bərpa etmə ayı olacaq. Ailə, dostlar və iş yoldaşları ilə gərginliklər yarana bilər. Açıq və səmimi söhbətlər münasibətləri gücləndirəcək.

Karyera və maliyyə sahəsində isə uğurlu dövr olacaq. Maaş artımı və ya uğurlu müqavilə imzalaya bilərsiniz. Yalnız məsələlərə fərqli baxmaq lazım olacaq.

Buğa

Buğaları çoxlu kiçik işlər gözləyir - evdə, işdə, şəxsi həyatda. Panikaya düşməyin, hər şeyi bir anda həll etməyə çalışmayın. Addım-addım həll edin, sağlamlığınıza fikir verin.

Sevgi həyatında romantika artacaq. Münasibətdə olanlar partnyoruna daha çox vaxt ayırmalıdır. Subay Buğalar isə diqqətini bir nəfərə yönəltsə, ciddi münasibət qurma şansı var.

Əkizlər

Avqust əkizlər üçün öz bacarıqlarını göstərmək üçün əla fürsətdir. İşdə və ya şəxsi həyatda öz mövqeyinizi qorumaq lazım olacaq.

İşlər çox olduğu üçün yaxınlarınıza vaxt ayırmaq çətinləşə bilər. Buna görə də incikliklər mümkündür. Tənha Əkizlər üçün isə tanışlıqlar və sevgi imkanları yüksəkdir.

Xərçəng

Xərçəngləri gündəlik həyatında dəyişikliklər gözləyir: köç, təmir, qonaqlar və s. İş sahəsində, xüsusilə yaradıcı sahələrdə inkişaf mümkündür.

Ailə və yaxınlarla vaxt keçirmək önəmli olacaq. Sevgi münasibətində isə ciddi münasibətlərə yönəlmək tövsiyə olunur.

Şir

Şirlər üçün avqust qarışıq keçəcək - həm uğurlar, həm çətinliklər olacaq. İşdə uğur sizi gözləyir, amma hazırlıqsız davranmaq ziyan vura bilər.

Təqdimatlar və çıxışlar üçün uyğun vaxtdır. Sağlamlığınıza diqqət yetirin, istirahət etməyi unutmayın. Qısa səyahətlər enerji verəcək.

Qız

Qızlar üçün ay sakit keçəcək. İş və evlə bağlı məsuliyyətlər çox olacaq, amma hər şey sakit axacaq.

İstirahətə və yaxın insanlara zaman ayırmaq önəmlidir. Enerji azlığı və əsəbilik ola bilər - idman, hobbiyə vaxt ayırmaq faydalı olacaq.

Tərəzi

Avqust Tərəzilər üçün çətinliklərə sinə gərmək ayı olacaq. İşdə və həyatda sizi bir sıra problemlər gözləyir. Səbrli və diqqətli olmaq lazımdır.

Kömək istəməkdən çəkinməyin. Sağlamlığınıza xüsusi diqqət yetirin. Sevgi sahəsində isə münaqişələrdən uzaq durun - bu dövrdə yeni tanışlıqlardan uzaq durmaq yaxşı olar.

Əqrəb

Əqrəblər üçün avqust istirahət və rahatlama ayıdır. İyuldan sonra bu ay sizə nəfəs almaq fürsəti verəcək.

Karyerada sakitlik olsa da, yeni təkliflər və ya yüksəliş mümkündür. Psixoloji sağlamlığa da diqqət edin. Ailədə və münasibətlərdə diqqətli və qayğıkeş olun.

Oxatan

Oxatanlar üçün avqust əsl fürsət ayıdır. Enerji yüksək olacaq, arzularınıza çatmaq mümkündür.

Sosial əlaqələr güclənəcək, dostlar və ailə ilə münasibətlər dərinləşəcək. İşdə də yüksəliş və gəlir gözlənilir. Pulunuzu ağıllı idarə etməyiniz tövsiyə olunur.

Oğlaq

Avqustun ilk yarısı Oğlaqlar üçün çox gərgin olacaq. İş və ev məsələləri sıxacaq. Amma bu mərhələni keçdikdən sonra rahatlıq gələcək.

Sağlamlığınıza fikir verin, bədəninizin siqnallarına laqeyd qalmayın. Münasibətlərdə isə daha yumşaq və anlayışlı olun. Sevgidə isə gözləntiləri bir qədər aşağı salmaq tövsiyə olunur.

Dolça

Dolçalar üçün avqust çətin olacaq. Maliyyə məsələləri stres yaradacaq. Gözlənilməz xərclər və impulsiv qərarlar büdcəyə zərər verə bilər.

Ayın sonuna doğru vəziyyət stabilləşəcək. Amma sentyabra qədər pula diqqətli yanaşın.

Sevgi münasibətlərində isə sərinlik və mübahisələr mümkündür. Emosiyalara qapılmadan, düşünərək hərəkət edin.

Balıqlar

Balıqlar üçün avqust yeni imkanlar açacaq. Yeni iş, təlim və ya faydalı tanışlıqlar mümkündür. Amma ayın sonunda yorğunluq hiss edilə bilər - istirahətə vaxt ayırmaq vacibdir.

Sevgi sahəsində gözlənilməz görüşlər və tanışlıqlar mümkündür. Münasibətdə olanlar üçün isə ikinci "bal ayı" yaşamaq şansı var.

Ulduz
Milli.Az

 
Seçilən
16
1
milli.az

2Mənbələr