BAKI, 30 iyul. TELEQRAF
"Sədərək" ticarət mərkəzinin ərazisində yanğın baş verib.
Bu barədə Teleqraf-ın sorğusuna Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın "Sədərək" ticarət mərkəzinin ərazisində 3 kvadratmetr sahədə divar üzlüyünü əhatə edib.
Yanğın qısa müddətdə söndürülüb və genişlənməsinin qarşısı alınıb.