AZ

Stiv Uitkoff Qəzza böhranı ilə bağlı İsrailə səfər edir

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Qəzzada davam edən humanitar böhranı müzakirə etmək məqsədilə yaxın günlərdə İsrailə səfər edəcək.

Bu barədə News365.az "Axios" nəşrinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində Uitkoffun Qəzzada mövcud vəziyyəti yerində qiymətləndirmək üçün bölgəyə getməsi və oradakı humanitar yardım mərkəzlərini ziyarət etməsi planlaşdırılır. Məqsəd – bölgədə artmaqda olan gərginlik fonunda mülki əhaliyə yardımın effektiv şəkildə çatdırılmasını təmin etmək və beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirməkdir.

Uitkoffun səfəri, ABŞ administrasiyasının Yaxın Şərqdə sülh və sabitlik axtarışlarını davam etdirdiyinin və Qəzzadakı böhranı diqqət mərkəzində saxladığının göstəricisi kimi qiymətləndirilir. Gözləntilərə görə, o, İsrailli rəsmilərlə də bir sıra görüşlər keçirəcək və tərəflər arasında diplomatik dialoqun dərinləşdirilməsinə töhfə verəcək

Seçilən
14
news365.az

1Mənbələr