AZ

"Çelsi" 19 yaşlı istedadı hədəf aldı

“Çelsi” “Ayaks”ın mərkəz müdafiəçisi Yorrel Hatonu transfer etməyə yaxındır.
ONN media xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb.
Bu gün iki klub arasında danışıqlarda irəliləyiş əldə olunub və tərəflər razılaşmaya çox yaxındır.
19 yaşlı futbolçu London klubunun strategiyasına uyğun gəlir. Belə ki, “Çelsi” aşağı əməkhaqqı müqabilində gənc, potensiallı və yüksək fədakarlığa malik oyunçulara üstünlük verir.
Hato həmçinin sol cinah müdafiəçisi Mark Kukurelyanı əvəzləyə biləcək potensiala malikdir. İspan futbolçu ötən mövsüm “Çelsi” və İspaniya millisində ümumilikdə 70-ə yaxın oyun keçirib.
Eridiviziyada başa çatan mövsümdə gənc müdafiəçi 31 matçda iştirak edib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb
Seçilən
12
onn.az

1Mənbələr