AZ

İspaniyalı futbolçu VII liqa klubunda

İspaniya millisinin sabiq futbolçusu Daniel Quiza yeni komanda ilə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 45 yaşlı hücumçu VII liqa təmsilçisi  “Rayo Sanlukenyo” ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Fənərbağça” (Türkiyə), “Barselona”, “Kadis”, “Mayorka” və “Xetafe” (hamısı İspaniya) klublarında forma geyinib.

O, İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qol vurub.

Seçilən
38
idmanxeber.az

1Mənbələr