AZ

Azərbaycan millisinin futbolçusu "Beşiktaş"da

Azərbaycan qadın futbol millisinin müdafiəçisi Yeliz Acar karyerasını Türkiyənin "Beşiktaş" klubunda davam etdirəcək.

Far.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu son olaraq "Fatih Vatan" komandasının heyətində çıxış edib. O, daha əvvəl – 2014–2016-cı illərdə də "Beşiktaş"ın formasını geyinib.

Beləliklə, Yeliz Acar bir neçə ildən sonra yenidən köhnə klubuna qayıdıb.

Seçilən
61
10
far.az

2Mənbələr