Yeni mövsümə hazırlıqlarını davam etdirən "Şamaxı" baxışa bir neçə gənc futbolçu çağırıb. Onların arasında göstəriciləri ilə seçilənlərdən biri Raul Hacıyevdir.
Sportal.az xəbər verir ki, Ayxan Abbasov 20 yaşlı mərkəz müdafiəçisini qarşıdakı oyunlarda izləyəndən sonra yekun qərarını verəcək. Lakin bu futbolçu ilə bağlı durum "Şamaxı" rəhbərliyində tərəddüd yaradıb.
Məsələ burasındadır ki, Raul Hacıyev əslən Azərbaycandan olsa da, Gürcüstan vətəndaşıdır. Ona milli pasportun verilməsi həllini tapmayıb. Ayxan Abbasov Raulu məhz bu səbəbdən U-21 millisinə cəlb eləyə bilmir. "Şamaxı" rəhbərliyi isə gənc futbolçunu legioner kimi cəlb edib rüsum ödəmək niyyətində deyil. Məhz bu səbəbdən Raul Hacıyevlə anlaşma məsələsində dolaşıq yaranıb.
saytlarin hazirlanmasi