“Hazırlıqlarımız yüksək səviyyədə keçib”.
Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Petrokub” matçının oyun öncəsi mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Təcrübəli mütəxəssis sabahkı qarşılaşmada komandasının şanslarını dəyərləndirib: “Biz yaxşı bilirik ki, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Komanda olaraq bərpa prosesini uğurla keçmişik və çalışacağıq ki, əvvəlki oyunlardakı çatışmazlıqları aradan qaldıraq. Səfər oyunu yaxşı alındı. Ancaq bu rəqibə evdə də qalib gəlmək istəyirik. Səfərdə qələbə qazansaq da, hələ heç nə məlum deyil. Avrokubok oyunlarında heç bir rəqibi zəif hesab etmək olmaz”.
Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk matçda təmsilçimiz 2:0 hesablı qələbə qazanıb.