UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün baş tutacaq "Qarabağ" - "Şelburn" oyununa bilet satışı davam edir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, görüşün başlamasına 2 saat qalmış 25 min bilet alınıb.
Qeyd edək ki, "köhlən atlar" İrlandiyanın paytaxtı Dublində reallaşan ilk qarşılaşmada 3:0 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Şelburn" dueli iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Nihat