AZ

Dünyanın nəhəng klubları mütərəqqi layihəyə sərmayə yatırır

Dünya futbolunun bir neçə nəhəng klubu süni zəkanın oyunçuların sağlamlığına nəzarət etdiyi layihəyə sərmayə yatırır.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mütərəqqi layihəyə qoyuluş etmiş klublar arasında “Real”, “Mançester Siti”, “Bayern”, “Palmeyras” və “Flamenqo”nun adları çəkilir. Bu klublar öz tibbi xidmətlərinin təkmilləşdirilməsi üçün xeyli vəsait ayırıblar. Bu nəhənglər xüsusən, futbolçuların zədə təxmini və onların qarşısının alınmasına kömək edəcək süni zəka texnologiyalarının inkişafına böyük sərmayə yatırıblar.

Mənbənin məlumatına görə, müvafiq texnologiyaya məşq yükü, zədə tarixçəsi, yuxu keyfiyyəti, qidalanma, meydandakı nəticələr və idmançının duyğusal vəziyyətinin təhlil daxildir. Müvafiq məlumat müşahidə kameralarının və müəyyən qurğuların ötürücüləri vasitəsilə toplanılır və təhlil edilir ki, bu da müvafiq məlumatın insan tərəfindən təhlil edilməsindən fərqli olaraq daha yüksək keyfiyyətlə və dolğun surətdə həyata keçirilir.

Gözlənilir ki, süni zəkaya yatırılmış müvafiq sərmayə dərhal nəticəsini göstərəcək və idmançıların zədələrini ən azı 30% azaldacaq.

Seçilən
12
arena.az

1Mənbələr