AZ

“Mənim sözümü kəsmə, bilirəm nə danışıram…” –Heydər Əliyevin 24 il əvvəl Baş redaktorlarla məşhur görüşü /VİDEO

Ötən həftə Azərbaycanda Milli Mətbuatın yaradılmasının 150 illiyi qeyd olundu. 

“Əkinçi” qəzetindən başlanan bu yol Azərbaycan mediasının şərəfli tarixini yaradıb. Bu ötən ildə Azərbaycanda müxtəlif ictimai-siyasi formasiaylar qurulsa da xalqla hakimiyyət arasında körpü rolunu media oynayıb.

Xüsusən Azərbaycanın müstəqil dövlət olaraq dünya arenasına çıxdığı son 34 ildə ölkə jurnalistikası milli maraqların müdafiəçisi, azad söz və cəmiyət üçün əsas informasiya bazası rolunda çıxış edib.

Mərhum prezident Heydər Əliyevin jurnalistlərə münasibətində həmişə diqqəti ilə seçilib. Böyük dövlət adamı olan Heydər Əliyev sözün və jurnalistlərin cəmiyyət həyatında aparıcı rolunu çox yaxşı bilirdi.

Bu baxımdan 24 il əvvəl -2001-ci ildə Prezident Heydər Əliyevlə ölkədə nəşr olunan qəzet baş redaktorlarının görüşü öz dövrü üçün mühüm mesajlarını daşıyırdı.

Məmur -media münasibətlərində gərginlik və yeni dövlətin müstəqil mediasının tələskən reaksiyaları bəzi hallarda “toqquşma” yaradırdı. Bu zaman dövlət başçısının müdaxiləsi və müdrik qərarları vəziyyəti yoluna qoyurdu.

2001-ci ildə Baş redaktorlarla görüş də medianın problemlərinin həlli üçün olmuşdu. Burada çıxış edən Baş redaktorlar qəzet çapındakı problemləri qaldırıb, dövlət başçısı isə həlli yollarını təklif edib.

Bu görüşdən sonra qəzetlərin “Azərbaycan Nəşriyyatına” olan böyük borcları donduruldu, məmurların yerli-yersiz jurnalistləri məhkəməyə vermək praktikasına son qoyuldu.

Sonralar bu görüş barədə danışan baş redaktorlar həmişə Heydər Əliyevin məsələyə necə həssas və çevik raksiya verdiyini, mətbuatın qiymətini və cəmiyyət həyatında rolunu dəstəklədiyini deyirdilər.

AzPost Prezident Administrasiyasında keçirilimişhəmin görüşü oxuculara təqdim edir.

Bu kadrlar tanınmış araşdırmasçı-jurnalist Füzuli Sabiroğlunun şəxsi arxivindəndir.

 

https://www.youtube.com/watch?v=hRHL8h2qPY4

AzPost.az

Seçilən
44
azpost.info

1Mənbələr