AZ

Altıncı hissin bədəndəki yerini tapdı

Duke Universitetinin rəhbərliyi ilə aparılan yeni bir araşdırma, insan bədənində indiyədək məlum olan beş əsas hissdən əlavə altıncı hissin də ola biləcəyini ortaya qoyub. 

HİT.az xəbər verir ki, “Neyrobiotik hiss” adlandırılan bu yeni hissin mərkəzinin bağırsaqlar olduğu müəyyən edilib.

Araşdırmaya görə, bağırsaqlarda yerləşən nöropod adlanan sinir hüceyrələri, flagellin adlı qədim bir proteini tanımaq qabiliyyətinə malikdir. Bu protein, bağırsaq mikrobiomunun — yəni orqanizmdə yaşayan trilyonlarla bakteriya, göbələk və virusun — bir hissəsi olan flagellum adlı quruluşlar tərəfindən ifraz edilir.

Bu prosesi mümkün edən TLR5 reseptoru, flagellin hiss olunduqda vagus siniri vasitəsilə beyinə siqnal göndərir. Vagus siniri, bədənimizdə avtonom sinir sisteminin ən uzun siniridir və bağırsaq-beyin əlaqəsində əsas “nəqliyyat yolu” hesab olunur.

Tədqiqatçılar bu hipotezi sınaqdan keçirmək üçün siçanlar üzərində təcrübələr aparıblar. Gecə boyunca ac saxlanılan siçanların bağırsaqlarına flagellin proteini yeridildikdə, heyvanların daha az yemək yediyi müşahidə olunub. Lakin TLR5 reseptoru olmayan siçanlarda bu təsir qeydə alınmayıb — onlar əvvəlki qədər yeməyə davam ediblər və sürətlə kökəliblər.

Bu da göstərir ki, bağırsaqlardan beyinə ötürülən siqnallar “toxluq hissi”nin yaranmasında mühüm rol oynayır.

Tədqiqatçılar bu mexanizmi “Neyrobiotik hiss” adlandırır və bunun altıncı, hətta bəlkə də yeddinci duyğu ola biləcəyini irəli sürür. Bağırsaq mikrobiomu 100 trilyon mikrobial hüceyrədən ibarət mürəkkəb bir mühitdir və qidalanma, həyat tərzi və ətraf mühit faktorlarından asanlıqla təsirlənir.

Tədqiqatın baş müəllifi, Duke Universitetindən Dieqo Bohorkes bildirib: “Bu kəşf, mikrobiomun davranışlarımız üzərindəki təsirini anlamağa yardım edə bilər. Bu, obezite və psixoloji pozuntuların həllində açar rol oynaya bilər".

Bu kəşf göstərir ki, bağırsaq mikrobiomu yalnız həzm və immun sisteminə deyil, həm də davranışlarımıza və əhvalımıza birbaşa təsir edə bilər. Bu isə gələcəkdə obezite və psixoloji pozuntular üçün yeni müalicə üsullarının inkişafına yol aça bilər.

Samir
 

Seçilən
6
2
hit.az

3Mənbələr