Bakının "Şuşa Qalası" restoranında "Pastry & Bakery Chefs Baku Cup 2025" beynəlxalq birinciliyinin iştirakçıları və hakimləri üçün Azərbaycan qonaqpərvərliyi və kulinar sənətkarlığı ab-havasında Qarabağ mətbəxinin incilərinin təqdimatı baş tutub.
Milli.Az xəbər verir ki, çempionat ölkəmizdə ilk dəfə Azərbaycan Kulinariya Gildiyası, Bakı Kulinariya Assosiasiyası və DIYAR.AZ layihəsinin "Azərbaycanın Qastronomik Xəritəsi" təşəbbüsü ilə təşkil olunub.
Türkiyə, Şri-Lanka, Pakistan, Özbəkistan və digər ölkələrdən gələn qonaqları sadəcə bir axşam yeməyi deyil, Qarabağın dad palitrasında əsl səyahət gözləyirdi: nəsildən-nəsilə ötürülən Qarabağ reseptləri, yerli kulinariya texnikalarının nümayişi, hər yeməyin arxasında duran zəngin tarix - bütün bunlar regionun dərin və çoxqatlı kulinariya ənənəsini təqdim edən mənzərə yaratdı.
Gecənin xüsusi anı isə fəxri adların təqdim olunması ilə yadda qaldı: tanınmış kulinariya ustaları Qabil Quliyev və Etibar Kərimli Türkiyə Kulinariya Assosiasiyasının üzvləri seçildilər.
Etibar Kərimli çıxışında bunları deyib:
"Qarabağ mətbəxi Azərbaycanın mədəni yaddaşının təcəssümüdür. O, coğrafiyanı, tarixi, xalqın xarakterini özündə birləşdirir. Bu mətbəxi qorumaq və təbliğ etmək - milli kimliyimizi yaşatmaq deməkdir".
Gecədə iştirak edən Türkiyənin Dənizli Kulinariya Assosiasiyasının sədri Süleyman Kursak heyranlığını gizlətmədi:
"Qarabağ yeməkləri əsl sənətdir. Belə bir tədbirin parçası olmaq və öz müəllif qastronomiya proqramımı təqdim etmək mənim üçün qürurdur. Master-klassda türk mətbəxinin ənənəvi və müasir texnikalarının necə vəhdət təşkil etdiyini göstərəcəyəm".
"Pastry & Bakery Chefs Baku Cup 2025" çempionatı - peşəkar aşpazlar, qənnadçılar və ixtisaslaşmış universitet tələbələrini bir araya gətirərək, təcrübə və yaradıcılıq mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayır. Bu barədə Azərbaycan Kulinariya Gildiyasının və Bakı Kulinariya Assosiasiyasının sədri, beynəlxalq dərəcəli usta İlkin Əkbərzadə məlumat verib:
"Biz istedadların özünü göstərməsi üçün platforma yaradırıq. Yerli və xarici ustalar yalnız texnika deyil, həm də öz mətbəxlərinin fəlsəfəsini nümayiş etdirirlər".
İştirakçılar aşağıdakı kateqoriyalar üzrə yarışacaqlar: "Milli şirniyyat süfrəsi", "Art-klass (şirniyyat və şokolad əsərləri)", "Toy tortu", "Çörəkçilik sənəti", "Meyvə və tərəvəz oyma kompozisiyaları".
Münsiflər heyəti isə bir sıra ölkələrin aparıcı mütəxəssislərindən ibarət olacaq: Süleyman Kursak (Türkiyə), Metin Ayhan (Türkiyə), Şahid Miyan (Pakistan), Hüseyn Şipal (Türkiyə), Çamil Fernanda (Qətər), Xoşan Desilva (BƏƏ), Don David (Azərbaycan), Bəhruz Qəlbinur (Azərbaycan).
İnformasiya dəstəyi: - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)