Keçmiş biatlonçu, ikiqat Olimpiya çempionu Laura Dalmayerin cəsədi tapılıb.
İdman.biz xəbər verir ki, almaniyalı idmançı iyulun 28-də Pakistanda dağ uçqununa düşüb.
Hadisə Gilgit-Baltistan bölgəsində 5700 metr yüksəklikdı baş verib. Dağçılıqla məşğul olan Dalmayer və həmkarı iki gün itkin düşüb. Almaniya mətbuatı 31 yaşlı biatlonçunun cəsədinin tapıldığı xəbəri paylaşıb.
Qeyd edək ki, Laura karyerasını 2019-cu ildə başa vurub. O, Pxençxan-2018 Qış Olimpiya Oyunlarında iki qızıl qazanıb. Dalmayer 7 dəfə də dünya çempionu olub.
İdman.biz