AZ

Polşa bir neçə ölkə üçün vizasız gediş-gəlişi dayandırmağı planlaşdırır

Polşa hakimiyyəti bir sıra ölkələr üçün vizasız girişin ləğvi ilə bağlı Şengen sazişi çərçivəsində müraciət göndərməyi planlaşdırır.

Paralel.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin müavini Çeslav Mroçek "RMF24" radiostansiyasının efirində bəyan edib.

“Biz, çox güman ki, Şengen sazişi çərçivəsində bəzi ölkələr üçün vizasız rejimin ləğvi ilə bağlı müraciət göndərəcəyik,” – deyə Mroçek bildirib. O, konkret ölkələrin adını çəkmədən əlavə edib ki, bu məhdudiyyətlər Polşada mütəmadi olaraq qanunu pozan ölkələrin vətəndaşlarına şamil olunacaq.

Mroçek Kolumbiyanı nümunə kimi göstərib – 2024-cü ilin avqust ayında Varşava bu Latın Amerikası ölkəsinin vətəndaşlarına iş məqsədilə səfər edəcəkləri halda işçi vizası almağı məcburi edib. Bununla belə, turistlər üçün vizasız rejim ləğv edilməyib.

Polşa polisinin statistikasına görə, ölkədə cinayət törədən əcnəbilər arasında liderlik Ukrayna, Gürcüstan və Belarus vətəndaşlarına məxsusdur.

Həmidə İbrahimova

Seçilən
18
2
paralel.az

3Mənbələr