AZ

Yeraltı fəlakətlər, yerüstü iflaslar

“Meta”, “Facebook” və “Instagram” platformalarında spam və saxta hesabların təmizliyi çərçivəsində 10 milyondan çox hesabı silib. Şirkət bunun məqsədinin “spam məzmunlarının qarşısını almaq” və “orijinal hesabları təşviq etmək” olduğunu açıqlasa da, bir çox istifadəçi hesablarının səhvən silindiyini bildirir.

“Meta”nın blog yazısında bildirildiyi kimi, 2025-ci ilin ilk yarısında ayda 1 milyondan çox hesab silinib. Bu addımlar orijinal olmayan məzmunların azaldılması və yeni yaradıcıların qorunması üçün atılır.

İstifadəçilər, xüsusilə “Instagram”da, süni intellekt alqoritmlərinin səhv qərarları ilə hesabların bağlanmasından narazıdır. Redditdə bir istifadəçi alqoritmin anlayışdan məhrum olduğunu və əlaqələrin pozulmasının insanlıqdan uzaq, ədalətsiz və ürəkparçalayıcı olduğunu vurğulayıb.

Silinən istifadəçilərə e-poçt vasitəsilə bildiriş göndərilir və 180 gün ərzində hesabın bərpası üçün müraciət etmək mümkündür. Bu addım digər texnologiya şirkətlərinin platformalarını təmizləməsi tendensiyasına uyğundur.

2023-cü ildə “Google” da aktiv olmayan “Gmail”, Foto və “Drive” hesablarını silməyi elan etmişdi.

“Meta” rəhbəri Mark Zukerberq isə əvvəllər “Facebook”da istifadəçi əlaqələrinin sıfırlanması ideyasını təklif etmiş, lakin bu plan rədd olunmuşdu.

Seçilən
20
vaxt.az

1Mənbələr