AZ

Suriya avqustun 2-dən etibarən hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq

Suriya avqustun 2-dən etibarən gündəlik Azərbaycandan 3,4 milyon kubmetr təbii qaz alacaq.

Bu barədə Suriyanın “Sana” agentliyi bu ölkənin energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.

“Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyon kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək", - məlumatda bildirilib.

Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.

O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.

Seçilən
21
7
marja.az

10Mənbələr