AZ

Əhməd Əhmədzadə - "Vugar Gashimov Open" turnirinin lideri

Əhməd Əhmədzadə "Vugar Gashimov Open" turnirinin başa çatmasına bir tur qalmış yeganə lider olub.

İdman.biz xəbər verir ki, azərbaycanlı qrossmeyster yeddinci turda liderlər qrupunda yer alan digər təmsilçimiz Tunar Davudova qalib gəlib.

Əhmədzadə 6,5 xal toplayıb və ən yaxın yeddi izləyicisini yarım xal qabaqlayır. Onların arasında Şiroğlan Talıbov, Vüqar Manafov, Azər Mirzoyev də var.

İdman.biz

Məqalədə:
Seçilən
4
idman.biz

1Mənbələr