Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurs kompüter operatoru peşəsi üzrədir.
Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35 nəfər işsiz şəxs cəlb olunub.
Kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.
Peşə hazırlığı kursu iki ay davam edəcək və cəlb olunan müdavimlərə aylıq təqaüd də ödəniləcək.