Belçikanın Azərbaycandakı missiya rəhbərinin müavini və konsulu Tinneke Everartın diplomatik fəaliyyəti başa çatıb.
Bu barədə Viral.az/” target=”_blank”>Viral.az Belçikanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verib.
T.Everart son dörd il ərzində bu vəzifədə çalışıb.
Son Yazılar:
- Hara getsəm də, Bakını heç vaxt unutmayacağam
- “Tramp suverenliyimizi heçə sayır” – Braziliya prezidenti
- Suriyanın XİN başçısı Rusiyaya səfər edəcək
“Azərbaycanda olmağım mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan unudulmaz təcrübə oldu. Bu heyrətamiz bölgə, onun zəngin tarixi, qonaqpərvər və xeyirxah insanları ilə tanış olmaq mənim üçün böyük şərəf və zövq oldu. Əminəm ki, hara getsəm də, Bakını heç vaxt unutmayacağam”, – onun vida bəyanatında deyilir.
T.Everartın xələfinin adı hələ dəqiqləşdirilməyib.