“Karvan” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi serbiyalı hücumçu İvan Cokoviçi heyətinə qatmağı düşünür. 24 yaşlı forvard artıq komandanın düşərgəsindədir.
O, baxışa dəvət edilib. Onunla bağlı yekun qərarı məşqçilər heyəti verəcək.
Xatırladaq ki, Cokoviç son olaraq Serbiya II Liqa klubu “Novi Qrada” klubunda çıxış edib. Futbolçu komandası ilə 28 oyunda 14 qol vurub.