AZ

Gözdən əlilliyi olan şəxslər üçün növbəti peşə kursuna başlanıb - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.

QHT.az xəbər verir ki, Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin əməkdaşlığı çərçivəsində təşkil olunan kurs kompüter operatoru peşəsi üzrədir.  

Xüsusi proqram əsasında kursa qeyd edilən kateqoriyaya aid 35 nəfər işsiz şəxs cəlb olunub.

İki ay davam edəcək kurs başa çatdıqdan sonra buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə kursuna cəlb olunan şəxslərə aylıq təqaüd də ödənilir.

Seçilən
13
5
qht.az

6Mənbələr