Çili hakimiyyəti Kamçatkada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar Pasxa adasının sakinlərini təhlükəsiz zonalara təxliyə etməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Cənubi Amerika ölkəsinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Xidməti məlumat yayıb.
“Rusiyada baş verən zəlzələ ilə əlaqədar Çili Hərbi Dəniz Qüvvələrinin hidroqrafik və okeanoqrafik xidməti Pasxa adası üçün sunami təhlükəsi elan edib”, - agentliyin açıqlamasında bildirilib.
Məryəm Quliyeva