Abituriyentlərə ixtisas seçimində dəstək göstərmək məqsədilə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, sərgidə MMU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quran ziyarətçilərə ali təhsil müəssisəsində mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı məlumatlar verilərək bukletlər paylanılıb, həmçinin maraq doğuran suallar cavablandırılıb.
MMU-nun təqdim etdiyi stend qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.