AZ

Tramp Hindistana qarşı 25% rüsum tətbiq edəcək – Səbəb Rusiyadan enerji alışıdır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistana qarşı 25 faiz dəyərində idxal rüsumları 1 avqustdan qüvvəyə minəcək.

O, əlavə olaraq Rusiyadan enerji resursları və hərbi texnika alışı səbəbilə Hindistana cərimə də tətbiq ediləcəyini bildirib.

Bloomberg məlumat verir ki, Tramp bu qərarı Truth Social sosial şəbəkəsində açıqlayıb. O, Hindistanın dünya üzrə ən yüksək ticarət rüsumlarına və ən sərt qeyri-maliyyə ticarət baryerlərinə malik ölkələrdən biri olduğunu vurğulayıb.

> “Onlar həmişə hərbi texnikalarının əksəriyyətini Rusiyadan alıblar və hazırda Çinlə birlikdə Rusiyadan ən çox enerji resursu alan ölkədirlər. Halbuki dünya Rusiyanın Ukraynadakı qətllərinə son qoymasını istəyir. Buna görə də, 1 avqustdan Hindistan 25 faizlik rüsumla yanaşı, bu səbəblərə görə əlavə cərimə də ödəyəcək”, – deyə Tramp yazıb.

Qeyd edək ki, Hindistan son aylarda Rusiyadan rekord həcmdə neft alışı ilə diqqət çəkib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr