ABŞ-ın maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib ki, o, Çin rəsmilərini Rusiyadan alınan neftə görə gələcəkdə 100 faiz gömrük rüsumu tətbiq edilə biləcəyi ilə bağlı xəbərdar edib.
Bu xəbərdarlıq keçmiş prezident Donald Trampın irəli sürdüyü yeni ultimatum müddətinin başa çatmasından sonra qüvvəyə minə bilər.
Nazirin sözlərinə görə, Çin tərəfi buna cavab olaraq qeyd edib ki, ölkə suveren dövlət olaraq qərarlarını müstəqil şəkildə verir və neft idxalı daxili qərarlar əsasında həyata keçiriləcək. “Biz onların suverenliyini pozmaq istəmirik, buna görə də onlar 100 faiz rüsum ödəməyə hazır olduqlarını bildirdilər”, – deyə Bessent Reuters agentliyinə bildirib.
Qeyd edək ki, Çin Rusiyadan ən çox neft alan ölkə hesab olunur.
Stokholmda ABŞ və Çin nümayəndə heyətləri arasında keçirilən iki günlük ticarət danışıqlarını yekunlaşdıran Bessent əlavə edib ki, o, həmçinin Çinin İrandan neft alışını davam etdirməsindən narahatlığını ifadə edib. Bessent, Çinin baş nazir müavini Xə Lifenlə görüşdə Rusiya ilə ikili təyinatlı malların ticarətinin davam etdirilməsinin Pekinin ticarət əlaqələrini gücləndirmə cəhdlərinə zərər verəcəyini də vurğulayıb.
//Samir Qurbanov, Editor.az