
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Cenevrədə keçirilən Parlament rəhbərlərinin Ümumdünya Konfransında çıxış edərkən tədbir iştirakçılarından bəziləri zalı tərk edib.
Yeniavaz.com xəbər verir ki, həmin anların kadrları sosial şəbəkələrdə yayılıb.
Kadrlarda, Matviyenko çıxışına başlayarkən Almaniya Bundestaqının sədri Yulia Klokner və digər Avropa İttifaqı ölkələrindən olan iştirakçıların zalı tərk etdiyi görünür.
Zaldan çıxanlardan bəzilərinin əlində Ukrayna bayrağının olması diqqət çəkib.