AZ

İqtisadi artım və dayanıqlı məskunlaşmaya dair alt işçi qrupların ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində “İqtisadi artım” və “Dayanıqlıməskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyərzəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların ilk iclasıkeçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyatNazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləriiştirak ediblər.

İqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbaroviclasda Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasıbarədə məlumat verib.

Qeyd olunub ki, 2024-cü ilin sonuna strategiya üzrə nəzərdətutulan tədbirlərin icra səviyyəsi 78 faizə çatıb. Strategiyanınicrası nəticəsində 2022-2024-cü illərdə qeyri-neft-qaz sektoru üzrəÜDM hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə 1,2 dəfə artıb.Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6 faiz olduğuhalda, 2024-cü ildə 67,8 faizə yüksəlib.

2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasəviyyəsi isə 74 faizdir. Ötən ilin sonunadək proqram çərçivəsində21,6 milyard manat vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəştvə azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərənmüəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.

Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadiinkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, BöyükQayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətlərihaqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyalarınfəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmişərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artımmodelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərinhazırlanmasının əhəmiyyəti qeyd edilib.

Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub,müzakirələr aparılıb.

“İqtisadi artım” üzrə alt işçi qrup yeni strategiyanın “Davamlıvə yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlıinkişafı” məqsədləri, “Dayanıqlı məskunlaşma üçün əraziləriniqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası”üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadifəallığın artırılması istiqamətində fəaliyyətlərin həyatakeçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək.

İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
Seçilən
3
6
az.trend.az

8Mənbələr