Gəncədə 6 gün əvvəl avtomobillə vurulan piyada ölüb...
APA-nın yerli bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Ayaz Məmmədov müalicə olunduğu özəl xəstəxanada vəfat edub.
Qeyd edək ki, hadisə iyulun 24-də şəhərin Şah İsmayil Xətai prospektində baş verib. “Mercedes” markalı minik maşını yolu keçmək istəyən 1989-cu il təvəllüdlü A.Məmmədovu vurub.
Fakt araşdırılır.
Poliqon.info