Çili hökuməti Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar Pasxa adası sakinlərinə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Çilinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyada 8,8 maqnitudalı zəlzələ ilə əlaqədar Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Okeanoqrafiya Xidməti Pasxa adası üçün sunami təhlükəsi elan edib.