Ermənistanda apellyasiya məhkəməsi Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın həbsi ilə bağlı vəkillərinin şikayətini təmin etməyib, və həbs qərarını qüvvədə saxlayıb...
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə din xadiminin vəkilləri sosial şəbəkədə məlumat veriblər.
Məlumata görə, bununla bağlı məsələ ilkin məhkəmə iclaslarında müzakirə olunacaq.
Xatırladaq ki, arxiyepiskop Mikael Adjapaxyana qarşı hakimiyyəti ələ keçirməyə və suverenlikdən imtina etməyə çağırış ittihamı ilə cinayət işi açılıb. İyunun 29-da o, iki ay müddətinə həbs edilib.
Poliqon.info