Sabah Bakıda Suriya və İsrail nazirləri arasında görüş keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP diplomatik mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, mətbuatda ötən həftə analoji görüşün Azərbaycanın paytaxtında keçirilməli olduğu barədə məlumatlar yayılmışdı. Lakin görüşün baş tutub-tutmaması ilə bağlı heç bir təsdiq yoxdur.
Məlumata görə, Suriya prezidenti Əhməd əl-Şaraanın Bakıya səfəri çərçivəsində iyulun birinci yarısında artıq Bakıda Suriya və İsrail nümayəndələri arasında bir görüş keçirilib. Əl-Şaraa özü o zaman İsrail nümayəndələri ilə görüşməyib.