Məşhur otel haqqında AÇIQLAMA: "“Məmmədağanın Kəbabxanası” ilə müqayisə etməyin"
"Son dövrlərdə bəzi şəxslər tərəfindən yayılan məlumatlar heç bir təəcüblü faktı ehtiva etmir. Çox zaman, mənasız və məntiqsiz şərhlər, həmçinin sənayemizdən və dünyadan bixəbər olan insanlar tərəfindən yayılan məlumatlar təəssüf ki, narahatlıq yaradır. Bu səbəbdən "Hilton Baku" və onun xidmətləri barədə daha obyektiv yanaşma və düzgün məlumatların paylaşılması vacibdir".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Samir Dübəndi deyib.
"Hilton Baku" dünyada 100-dən çox ölkədə 570-dən çox oteli ilə fəaliyyət göstərən dünya şöhrətli "Hilton" şəbəkəsinə daxildir. Şəbəkə yüksək keyfiyyətli xidmətləri ilə tanınır və beynəlxalq səviyyədə 5 ulduzlu xidmətlər təqdim edir.
"Hilton Baku" otel də bu şəbəkənin tələblərinə uyğun olaraq yüksək xidmət keyfiyyəti, lüks imkanlar və xüsusi müştəri təcrübəsi təqdim edir.
Xəbərlərdə qeyd olunan qiymətlər barədə təəcüblənmək, bəzən yanlış məlumatlarla nəticələnə bilər. Çünki bir çox hallarda müştərilər menyuya və xidmətlərə diqqət yetirmədən sifariş verirlər və sonradan qiymətlərin yüksək olduğunu düşünürlər. Orada təqdim olunan xidmətlər və məhsulların qiymətləri beynəlxalq standartlara uyğun olaraq müəyyən edilir və bu həm müştərinin alacağı keyfiyyətli xidmətin, həm də otelin yüksək statusunun əksidir.
"Hilton Baku"nu “Məmmədağanın Kəbabxanası” ilə müqayisə etmək, demək olar ki, "limuzin"i qoşqu arabası ilə eyni kateqoriyaya salmaq cəhdidir. "Hilton" dünya səviyyəli, 5 ulduzlu beynəlxalq oteldi, burada xidmət yalnız yemək gətirməklə bitmir. Menyudan tutmuş personalın geyiminə, servisin təqdimatına qədər hər şey incəliklə planlaşdırılır və beynəlxalq protokollara uyğunlaşdırılır. Halbuki “Məmmədağanın Kəbabxanası”nda əsas kriteriya “lülə bişibsə, süfrəyə verilsin” prinsipidir.
Qiymət fərqinə təəccüblənənlərdən isə xahişimiz: menyuya baxın, sonra danışın. "Hilton"un menyusuna baxmadan sifariş verib, sonra da “bahadır” demək marketdə kassaya çatanda cipsin qiymətinə əsəbləşmək kimi bir şeydir" - o, deyib.
Ekspert bildirib ki, məlumat yayarkən daha diqqətli olmaq vacibdir:
Qeyd edək ki, yaxın günlərdə “Hilton Baku” hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdu.
Əfsanə Kamal
Demokrat.az