Peşəkar Futbol Liqası "Qəbələ"nin 460 min manat borcunu silib.
"Ölkə.az" xəbər verir ki, bunu İctimai Televiziyada yayımlanan "OffTop" verilişinin qonağı olan Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev deyib.
Veriliş ərzində bir çox mövzulara toxunulub. Bunlardan ən diqqətçəkəni isə "Qəbələ" klubu ilə bağlı olub.
Ötən verilişlərdən birində klubun idman direktoru Səbuhi Səfiyarlı Peşəkar Futbol Liqasına irad dolu açıqlama vermişdi. Klub rəsmisi Premyer Liqadan 1-ci Liqaya düşməzdən əvvəl PFL-ə 110 min manat borclarının qaldığını, müraciət etsələr də, bu borcu silmədiklərini bildirmişdi.
Budəfəki verilişdə isə Aslan Şahgəldiyev şok açıqlama verib. Aydın olub ki, PFL "Qəbələ" klubunun yarım milyona manata yaxın, daha dəqiqi, 460 min manat borcunu silibmiş.