AZ

Şimali Koreya ABŞ və Cənubi Koreyanı nüvə müharibəsinə hazırlaşmaqda ittiham edib

Şimali

Şimali Koreya Xalqı Məclisinin sədri Pak İn Çol, ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında nüvə müharibəsi ssenarisini həyata keçirmək üçün hazırlıq apardıqlarını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Cenevrədə keçirilən Dünya Parlamentlərarası Konfransda Şimali Koreya Xalq Məclisinin sədri Pak İn Çol bəyan edib.

"ABŞ və Cənubi Koreyanın nüvə müharibəsi ssenarisini həyata keçirmək üçün hazırlıq mərhələsi təhlükəli mərhələyə çatıb. Bu, Şimali Koreyanı geopolitik böhrana cavab olaraq bütün lazımi tədbirlər görməyə məcbur edir", — deyə Pak İn Çol bildirib.

Parlament sədri əlavə edib ki, Şimali Koreya üçün təhlükəsizlik sahəsində təhdidlərin qarşısını almaq üçün vasitələrə malik olmaq suverenlik və ərazi bütövlüyünün qorunması ilə bağlı mühüm vəzifədir.

Pak İn Çol, ABŞ və "onların peyklərinin" öz hegemonluqlarını qorumaq məqsədilə "sabitsizliyə və xaosa səbəb olduqlarını" vurğulayıb. O, Pionqyanqın "amerikanın tiranlığına" dözməyəcəyini və beynəlxalq ədaləti müdafiə edəcəyini bildirib.

Pak İn Çol, Şimali Koreya xalqının inkişafda əhəmiyyətli uğurlar əldə etdiyini qeyd edib.

Konfransda Cənubi Koreya parlamentinin sədri U Von Sik də iştirak edir. Yonhap agentliyi bildirib ki, U Von Sik və Pak İn Çol bir-biri ilə əlaqə qurmayıblar. 29 iyulda Pak İn Çol, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonunla görüşüb.

Məryəm Quliyeva

Seçilən
13
xalqcebhesi.az

1Mənbələr