AZ

Zinçenko Londonda klubunu dəyişə bilər

Aleksandr Zinçenkonun növbəti dəfə "Arsenal"ı tərk etmək ehtimalı meydana çıxıb.

İdman.biz xəbər verir ki, ukraynalı müdafiəçi "Fulhem"in maraq dairəsinə düşüb.

Artıq 28 yaşlı futbolçu ilə ilkin təmaslar qurulub. "Fulhem"in yaxın günlərdə "Arsenal"a rəsmi təklif verəcəyi bildirilib. "Topçular" Aleksandrı 15-20 milyondan ucuz satmaq niyyətində deyillər.

Qeyd edək ki, "Arsenal"da ukraynalı müdafiəçi ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Başa çatmış mövsümdə cəmi 23 oyunda meydana çıxan Aleksandr bir qol və bir ötürmə ilə fərqlənib.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr