“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.
Qeyd edək ki, "Qəbələ" daha öncə Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarovla da yollarını ayırıb.