"Valensiya" klubu La Liqada mövcud orta xətt çatışmazlığını aradan qaldırmaq məqsədilə "Beşiktaş"ın libiyalı müdafiə yarımmüdafiəçisi Əl Musrati üçün rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu təklifi rədd edib.
Bu barədə məlumatı Yağız Sabuncuoğlu yayıb.
Klub futbolçunu icarə əsasında heyətinə qatmaq istəyirdi.
Qeyd edək ki, daha əvvəl Əl‑Musrati 2025‑ci ilin fevralında "Monako"ya icarəyə verilmişdi. "Monako"nun icarə müddəti sonunda satınalma hüququ olsa da, klub bu seçimdən istifadə etmədi və oyunçu "Beşiktaş"a qayıtdı
Kamil Xudiyev