Azərbaycan iqtisadiyyatı neftdən asılılıqdan uzaqlaşır
Operativ Media xəbər verir ki, bu barədə Kazinform-da analitik məqalə dərc edilib.
Bildirilir ki, qlobal neft bazarındakı dəyişikliklər fonunda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sürətlənib.
Ölkədə qeyri-neft sektorunun artımı, logistika və sənayeyə yatırımlar, biznes mühitinin təkmilləşdirilməsi və davamlı inkişaf istiqamətində atılan addımlar yeni iqtisadi modelin əsasını qoyur.
Məqalədə qeyd olunur ki, rəsmi məlumatlara əsasən, 2024-cü ildə Azərbaycanın ÜDM-də qeyri-neft sektorunun payı 68 faiz təşkil edib.
Bu göstərici 2022-ci ildə 66 faiz idi.
İqtisadi artımın strukturunda müşahidə olunan bu dəyişiklik, ölkənin strateji məqsəd kimi irəli sürdüyü neftdən asılılığın azaldılması istiqamətində mühüm addım kimi dəyərləndirilir.
Yazıda həmçinin vurğulanır ki, bu artım təkcə rəqəmlərlə yox, həm də institusional və idarəetmə baxımından aparılan islahatlarla bağlıdır.
Bununla belə, müəllif qeyd edir ki, qarşıda duran əsas çağırışlar xarici investisiyaların davamlılığı, yeni texnologiyaların tətbiqi və regional bərabərliyin təmin olunması hələ də aktuallığını qoruyur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta