Bərdədə bir təsərrüfatda yanğın hadisəsi baş verib.
Bakues.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndi ərazisində qeydə alınıb.
Əslən Ağdam rayonundan olan Əyyub Abdullayevə məxsus təsərrüfatda baş verən yanğın zamanı tövlənin 180 kvadrat çardaq hissəsi və çardaqda yığılan 3,5 ton ot bağı yanıb.
Həmçinin yanğın zamanı tövlədə olan heyvanlara ciddi ziyan dəyib.
Hadisə yerinə FHN-nin Bərdə yanğınsöndürən əməkdaşları gələrək alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma başlanıb. Yanğının səbəbləri araşdırılır.