AZ

“Roma” hücumçusuna 40 milyon avro qiymət qoydu

“Roma”nın futbolçusu Artem Dovbik karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Premyer Liqadan bir neçə klub ukraynalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

“Roma” Dovbik üçün 40 milyon avro tələb edir. Klub bu məbləğdə təklif olacağı halda, oyunçunu satmağa hazırdır.

Ukrayna millisinin də üzvü olan hücumçu ötən mövsümdə 45 oyunda 17 qol vurub, 4 məhsuldar ötürmə edib.

Seçilən
24
futbolpress.az

1Mənbələr