AZ

Fransada qatar sərnişinlərindən 350 min avro oğurlanıb

Eks-an-Provansdən Parisə gedən yüksəksürətli qatarda olan sərnişinlərin təxminən 350 min avro dəyərində zinət əşyaları olan çantası oğurlanıb.

Bu barədə “Report” Fransa mətbuatına istinadən xəbər verir.

BFMTV-nin məlumatına görə, cinayətkarlar - kişi və qadın demək olar, boş olan vaqona miniblər və fürsətdən istifadə edərək sakitcə qurbanların oturacağı altından “Louis Vuitton” markalı çantanı çəkərək çıxarıblar. Çantada isə “Cartier”, “Rolex”, “De Beers” və başqa bahalı brendlərin zinət əşyası olub.

Cinayətkarlar Avinyonda qatardan düşüblər. Sərnişinlərdən biri cinayətkarların əməlinə şahidlik edib və zərərçəkənlərə bununla bağlı xəbərdarlıq edib.

Zərərçəkənlər bildiriblər ki, heç bir zorakılıq hücumu olmadığı üçün dəymiş zərər sığorta ilə ödənilməyib. Polis müşahidə kameralarını təhlil edir. Fransa Dəmir Yolları Milli Şirkəti və prokurorluqdan hələlik məsələ ilə bağlı heç bir fikir bildirilməyib.

Seçilən
22
1
report.az

2Mənbələr