Xüsusilə Qara dəniz bölgəsində, nəmli torpaqlarda və yol kənarlarında öz-özünə yetişən ıspıt otu (digər adıyla kaldirik və ya hodan) həm sağlamlıq, həm də mətbəx baxımından əvəzolunmaz sayılır.
News24.az xəbər verir ki, bu bitki güclü antioksidant tərkibi ilə bədəndəki iltihabı azaldır, soyuqdəymə və qripə qarşı qoruyucu rol oynayır. A, C, K vitaminləri ilə yanaşı dəmir, kalsium və maqnezium baxımından da zəngindir.
Ənənəvi mətbəxdə qovurma, salat və içliklərdə istifadə edilən ıspıt otu, təkcə bədəni deyil, ruhi sağlamlığı da dəstəkləyir. Stres, narahatlıq və yuxu pozuntularına qarşı təbii sakitləşdirici kimi təsir göstərir. Həmçinin romatizm xəstəliklərində əlavə müalicə vasitəsi kimi də faydalıdır.
Lakin bəzi insanlarda allergik reaksiyalar, dəri səpkiləri və mədə narahatlığı yarada biləcəyinə görə diqqətli istifadə edilməlidir. Əsasən çiy şəkildə istifadə edildikdə bu əlamətlər daha çox görünə bilər.
Xeyrənsə Piriyeva